“Xoxan” gəldi” dedilər gözləri bərəldi, rəngi göyərdi, susdu körpə. “Xoxanı” gözlədi “xoxan” gəlmədi. Bir də xuxuldadılar “ay bala “xoxan” gəlir dinc ol” dedilər. Dincəlmədi, dinclik bilmzdi balaca. Ürək əsdi, körpə sadəcə səsin kəsdi. Anası yat dedi, nənəsi lay-lay dedi: “balama qurban inəklər, balam haçan iməklar”. Nənənin arzusu çin olacaqdı bir gün, mütlaq olacaqdı. Elə nəvə də bunu istədi. “Xoxanın” gəlişini deyil, özünün ona doğru gedişini arzuladi. “Xoxanı” tapmaq eşqilə körpə o qədər böyümək, o qədər güclənmək istədi ki, xəyalında div kimi canlandırdığı “xoxanı” qarışqa kimi əzişdisin, ondan uşaqların-bütün uşaqların heyifin alsın, özü də yüksəlsin-ucalsın…
Indi intiqam alcaq körpə dalğın, nənəsi və anası da pərişan idi. Daha ona “xoxan” gəlir” demirdilər, başın sığallayır, qızdırmasın ölçürdü onu qorxuzanlar. Yox xəstə deyil idi uşağ. Sadəcə “xoxanı” necə məhv edib, nağılların qəhramanı olacağını düşünürdü. Illər, günlər keçir, körpə olur bir oğul. Bir gün “ana” deyir, bir gün “ata”, günlərin bir günü isə gəlib, deyir “ay ana, ata, göstərin görüm hanı o “xoxan”? Anası: “görməsən yaxşıdı”. Atası isə gləcəyin kişisinə: “ oğul, əslində “xoxan” yoxdu, o sadəcə bir uydurmadı” deyir. O gündən “xoxan” ölür, yalan doğulur oğlan üçün-insan üçün.
