← Mətbuat arxivi
Günay Novruz / Şeirlər

Səni sevən Gülmüşəm

01.02.2014 · İlk nəşr: 525.az
Günay NovruzŞeirlər · 01.02.2014 · 525.az

Damlalardan yarandın,

Damlalara dönərsən,

Həyatımın mənası, Sən…

mənsiz necə ölərsən?

Damla, damla köçən sən,

Bir də mənəm torpaqda,

Bulud olub yağan sən,

Qarşıladım torpaqda.

Ölmüşəm mən, Ölmüşəm,

Başına bəla çönmüşəm.

Səni sevən Gülmüşəm,

Gömülmüşəm torpağa.

İlk dərc: 525-ci qəzet — Günay Novruzun şeirləri ↗