Günay NovruzŞeirlər · 01.02.2014 · 525.az
Özümü itirmişəm, itirmişəm səninlə birgə,
Axtarışa ver məni konpüterində "F 3"lə.
Ya da ki, "Vızıv" at əlimə…
əllərim qovuşsun əllərinə.
Gəl tap məni təcili yardım gəlincə,
Dur gəl elə bu gecə, elə indicə.
Bir də sabah olsun,
Gün zülmətdən yorulsun.
Anam nəzir paylasın sənin gəlişinə…
zamanın bu işinə, gərdişinə.
Sağlıqlar deyilsin "Facebook"a, "T w itter"ə,
Bəyənilsin səhifələrim,
qovuşsun əlinə əllərim.
Əl-ələ verib təbliğ edək məni,
Sənə yazdığım sevgi şeirlərini.
İlk dərc: 525-ci qəzet — Günay Novruzun şeirləri ↗