Günay NovruzŞeirlər · 01.02.2014 · 525.az
Ayaq ağacı üstə dayanan, Oğul,
Ayağın hardadı, gordamı, Oğul?
Özün hardasan, torpağın harda?…
Ay, Oğul, Oğul, ayağın torpaqda…
tapdanır, Oğul.
Sənin dizin yox ki, sınayım səni,
Çörəyin əlində görmüşəm səni.
Ay Oğul, Oğul, düşmən çəpəri
Əymə ha qırılmış o belini.
İndi döyüşə atılsan döyülərsən,
Eşitməsən "Karşoğərib" deyə söyülərsən…
əlindəki çomağınla öyünərsən.
Qulağına gələr mərmi səsləri,
Qonşu uşaqları part-part partladar,
Evinizin yanından keçər bir qatar
Başlanar…
tutar səni tutmalar.
Səslər:
"Ay Oğul, gəl məni apar",
İnildər analar, inildər bacılar.
Gecə saat on iki barlar,
İnildər analar, inildər bacılar…
Ağ ölüm qırmızı qan, canını allar.
Düşmən gülləsindən ölməyən, Oğul,
Anan ağlar, bacın ağlar…
İlk dərc: 525-ci qəzet — Günay Novruzun şeirləri ↗