← Mətbuat arxivi
Günay Novruz / Şeirlər

Get sev fahişələri

28.12.2012 · İlk nəşr: Kulis.az
Günay NovruzŞeirlər · İlk nəşr: 28.12.2012 · Kulis.az

Dəliyəm

Facebookumun parolu sənin adın,

Telefonumun açılışı sənin adın

Sənə inanmadım

Sadəcə vuruldum, sevdim, canım.

Bilirdim yalançısan…

mən bir günlük sevdalar yaşamıram

Yaşamıram!!!

İstəsən bağışlama məni

İstəsən get sev fahişələri.

Sənə Fahişə həzzi verən,

Səni başqasının yatağında öldürən,

Səni donjuanlara güldürən…

mən deyiləm.

Baxdığın hind filimlərini,

Geydiyin kürkləri sevirəm…

Mən də belə dəliyəm.

İlk dərc edildiyi mənbə: Kulis.az ↗