Günay NovruzŞeirlər · 01.02.2014 · 525.az
Vaqif Səmədoğlu üçün
Ölümün nə xəbəri var mən doğulmuşam,
Bəlkə ölümü aldadım belə…
Deyim ki, ay, Ölüm, bu mən deyiləm,
Deyim ki, burax gedim, ölən deyiləm.
Ölüm də çaş-baş qalıb, dursun qarşımda
Bəlkə ölümü öldürüm belə.
Öldürüm insanlar daha ölməsin,
Ölüm kiçilsin, heç böyüməsin.
İlk dərc: 525-ci qəzet — Günay Novruzun şeirləri ↗