Fani dünya dərsi
və yaxud da
Professorun son mühazirəsi
Çox böyük həvəslə gəlmişdim o gün dərsə. Həməşəkindən çox sevinirdim dərs ilinin başlancığına. Artıq üçüncü kursda oxuyurdum. Böyümüşdüm… İndi mən özümə jurnalist kimi yanaşırdım. İndi mən elə bilirdim ki, arzularımın lap kandarındayam. Çünkü bu dərs ilində məni bir çox təzə ixtisas fənnləri gözləyirdi. İlk dərs həftəsi, ilk dərs günü, elə ilk dərs saatı və yeni bir ixtisas fənni. Radio və televiziya işinin əsasları fənni və təbii ki, Unversitetimizdə bu fənni tədris edən Ağalar Mirzə. Mən onu uşaqlıqdan tanıyırdım. Ən çox da Ağalar müəllimi görəndə yadıma «Karvan» verlişi düşürdü. Bilmirəm niyə?..
Sonralar mən Ağalar Mirzəni görəndə Azərbaycan televiziyasında efirə gedən daha yeddi verlişi xatırladım. Sonralar bildim ki, bizim Ağalar müəllim falkilorşunas alimdi, elmlər doktorudu. Daha sonra onun adı mənim qiymət kitabçama professor Ağalar Mirzə kimi həkk olunacaqdı.
Etiraf…
Yadımdadı hər dərs mənə deyərdi: «Ay bala, yerdən danışma. Gəl, hamı kimi dəyan burada danış dərsi. Mane olursan, axı, imkan ver dərsi keçək». O zaman mən Ağalar müəllimin qarşısında dərs danışmaqdan çox qorxurdum. Mən məsuliyyətimi dərk edirdim. Mənə elə gəlirdi ki, Ağalar müəllim mənə tamaşaçı gözü ilə baxır. Elə bu səbəbdən də hər dəfə dərsi danışmazdan əvvəl onu əsəbləşdirirdim. «Eh, müəllim, mən onsuz da televiziya jurnalisti olmayacam». «Necə yəni olmayacam? Bu talehdi, bala, onun işini bilmək olmaz. Bir də, axı, sən peşəni çox sevirsən, gəl dərsi danış»!.. Onun inadından sonra danışırdım. Bir ayağım bir balaca irəlidə, əlim də əlimin içində. Qamətimi də manikenlər kimi dik kökləyirdim. Ağalar müəllim heç vaxt qız tələbələrinin gözünə-üzünə baxmazdı. Amma onun ara-bir başını aram-aram yelləməyi mənim hər bir hərəkətimə qiymət verirdi. Mən də özlüyümdə bütün tələbələri kimi onun mənəvi dünyasını qiymətləndirirdim. Artıq biz onu çox istəyirdik. Yəni ki, artıq Ağalar Mirzə müəllim kimi demişdi bizə sözünü. Amma dərslərdən birində mənə adi bir xəbəri yazdıra bilməmişdi ha… Mənə «Tapşırığı niyə yerinə yetirmədin»? deyəndə mən də «Ay müəllim, üçüncü kurs tələbəsinə də xəbər yazdırarlar»? demişdim. Elə indiki kimi yadımdadı mənim özümdən razılığım onu əsəbləşdirmişdi. Bir qədər danışdıqdan sonra əlini ürəyi üzərinə də aparmışdı. Sonralar mən də elə tələbə yoldaşlarım da onun bu hərəkətini dəfələrcə müşayət etmişdik. O bu hərəkətini bizdən gizlətməyə çalişsa da bacarmırdı. İndi tam səmimiyətimlə etiraf edirəm ki, mən o zaman üçüncü kurs tələbəsi olsam da uşaq imişəm. O zaman bizə elə gəlirdi ki, Ağalar müəllim (elə başqa müəllimlərimiz də) yalnız bizim qarşımızda ağrılı insan donu geyir.
Mənim xatirə dəftərim…
Hələ məktəb illərinləndə də xatirə dəftəri tutmağdan xoşum gəlməzdi. Onu artıq iş hesab edərdim. İndi zaman ötdükcə böyük bir səhv etdiyimi anlayıram. Tələbə adını qazandıqdan sonra da mənim xatirə dəftərim olmadı. Onu tərtib etməyi bacarmıram desəm bəlkə də düz anlaşılmaram. Amma taleh, qismət elə gətirdi ki, bizim buraxılış şəkil qovluğumuzda xatirə yazılacaq səhifələr var idi. Bütün müəllimlərimə yer ayırmışdım o qovluqda. Mənim keçmişimi müşayət edib də gələcəyimə qiymət vermişdi müəllimlərim. İndi o qovluqda yeri boş qalan Ağalar Mirzədir. Dəfələrcə dekanlığda üz-üzə gəldik, amma mən sabaha saxladım onun xatirələrini. Sabah nə olacaqdı, ey insan?.. Sabahki zaman öz hakimliyin etdi. Bu dünyadan o dünyaya daha bir insan getdi.
Əsəbi müəllim…
Mən müəllimləri əsəbləşdirməkdən hər zaman sövq almışam. Mənə elə gəlir ki, insanı əsəbləşdirib, onu tam tanımaq olar. Həm də əsəbi müəllim daha da çılğın dərsi anladır. O zaman mən dərsi elə aditoriyadaca öyrənirdim. Bir, iki dəfə Ağalar müəllimlə də konfiliktə girmişəm. Mənim ona ünvanladığım sərsəri (çox sadə) suallara əsəbi şəkildə cavab verərdi. Ümümiyyətlə «Ağalar müəllim əsəbi insan idimi»? sualına mən «Hə» deyə cavab verərəm. Bunu özü də təsdiqləyirdi. Bir dəfə əlinə mənim dəftərim düşmüşdü. Xəttimin çirkinliyinə təsüflənmiş, «Sənin əsəblərin yerində deyil» demişdi mənə. Bir neçə dərsdən sonra müəllim kitabına xatirə imzası atdıqda mən də «müəllim, sizin xəttiniz niyə belə çirkindi»? deyib, sual etmişdim. «Elə bilirsən ki, müəlliminin əsəbləri çox sakitdi»?.. deyə gülmüşdü əsərin qəhramanı. O məni kimi yüz, bəlkə də, minlərlə tələbəsi ilə əsəbləşirdi. Üstəlik işi də çox əsəb tələb edən iş idi. Həm də özü dediyi kimi elə hey işləyirdi. Televiziyanın işləməyəcəyi günü bəlkə də səbirsizliklə gözləyirdi ki, bircə gün o da istirahət etsin. Olmadı o gün. Hər dəfə zarafat olsun deyənə deyərdik: «Ay müəllim, eyib etməz təqayüdə çıxıb istirahət edərsiz». Qismət deyilmiş.
Adımın ilki…
Ağalar müəllimin qızının adı da Günaydı. Mənə ilk dəfə mənim adımın haradan qaynaqlandığını da məhz Ağalar müəllim anlatmışdı. Xalq şairi Fikrət Qocanın qızının adı da Günaydı. Həm də o ilk «Günay» adını daşıyan şəxsdi. Bu ad Cəfər Cabbarlının «Aygün» əsərindən götürülmüş «Aygün» adının tam əksidi ki, ilk dəfə Azərbaycanda bu adı Fikrət Qoca öz qızına verib.
Fani dünya dərsi…
2008-ci il… Mart ayının 5-i axşam saat 22:00 radələrində 54 yaşında ürək çatızmazlığından şair, publisit, filalogiya elmləri doktoru, professor, Ağalar Mirzə vəfat etdi. Xəbəri eşidər, eşitməz bizim yaşadığımız dünyaya niyə «fani dünya» deyirlər anladım. Dünyanın faniliyini mənə müəllimim son dərsi ilə anlatdı. Özünün ölüm dərsi ilə, karvandan keçməsi ilə, elə «karvan»-ı (müəllifi və aparıcısı olduğu ferlişlərdən biri) bir daha mənə xatırlatması ilə… Anladım. Anladım ki, dünya uzaqları yaxınlaşdırdığı kimi yaxınları da uzaqlaşdırır. Faniləşir… Adiləşir.
Allah rəhmət etsin.