Fani dünya dərsi
və yaxud da
Professorun son mühazirəsi
Çox böyük həvəslə gəlmişdim o gün dərsə. Həməşəkindən çox sevinirdim dərs ilinin başlancığına. Artıq üçüncü kursda oxuyurdum. Böyümüşdüm… İndi mən özümə jurnalist kimi yanaşırdım. İndi mən elə bilirdim ki, arzularımın lap kandarındayam. Çünkü bu dərs ilində məni bir çox təzə ixtisas fənnləri gözləyirdi. İlk dərs həftəsi, ilk dərs günü, elə ilk dərs saatı və yeni bir ixtisas fənni. Radio və televiziya işinin əsasları fənni və təbii ki, Unversitetimizdə bu fənni tədris edən Ağalar Mirzə. Mən onu uşaqlıqdan tanıyırdım. Ən çox da Ağalar müəllimi görəndə yadıma «Karvan» verlişi düşürdü. Bilmirəm niyə?..
Sonralar mən Ağalar Mirzəni görəndə Azərbaycan televiziyasında efirə gedən daha yeddi verlişi xatırladım. Sonralar bildim ki, bizim Ağalar müəllim falkilorşunas alimdi, elmlər doktorudu. Daha sonra onun adı mənim qiymət kitabçama professor Ağalar Mirzə kimi həkk olunacaqdı.
Etiraf…
Yadımdadı hər dərs mənə deyərdi: «Ay bala, yerdən danışma. Gəl, hamı kimi dəyan burada danış dərsi. Mane olursan, axı, imkan ver dərsi keçək». O zaman mən Ağalar müəllimin qarşısında dərs danışmaqdan çox qorxurdum. Mən məsuliyyətimi dərk edirdim. Mənə elə gəlirdi ki, Ağalar müəllim mənə tamaşaçı gözü ilə baxır. Elə bu səbəbdən də hər dəfə dərsi danışmazdan əvvəl onu əsəbləşdirirdim. «Eh, müəllim, mən onsuz da televiziya jurnalisti olmayacam». «Necə yəni olmayacam? Bu talehdi, bala, onun işini bilmək olmaz. Bir də, axı, sən peşəni çox sevirsən, gəl dərsi danış»!.. Onun inadından sonra danışırdım. Bir ayağım bir balaca irəlidə, əlim də əlimin içində. Qamətimi də manikenlər kimi dik kökləyirdim. Ağalar müəllim heç vaxt qız tələbələrinin gözünə-üzünə baxmazdı. Amma onun ara-bir başını aram-aram yelləməyi mənim hər bir hərəkətimə qiymət verirdi. Mən də özlüyümdə bütün tələbələri kimi onun mənəvi dünyasını qiymətləndirirdim. Artıq biz onu çox istəyirdik. Yəni ki, artıq Ağalar Mirzə müəllim kimi demişdi bizə sözünü. Amma dərslərdən birində mənə adi bir xəbəri yazdıra bilməmişdi ha… Mənə «Tapşırığı niyə yerinə yetirmədin»? deyəndə mən də «Ay müəllim, üçüncü kurs tələbəsinə də xəbər yazdırarlar»? demişdim. Elə indiki kimi yadımdadı mənim özümdən razılığım onu əsəbləşdirmişdi. Bir qədər danışdıqdan sonra əlini ürəyi üzərinə də aparmışdı. Sonralar mən də elə tələbə yoldaşlarım da onun bu hərəkətini dəfələrcə müşayət etmişdik. O bu hərəkətini bizdən gizlətməyə çalişsa da bacarmırdı. İndi tam səmimiyətimlə etiraf edirəm ki, mən o zaman üçüncü kurs tələbəsi olsam da uşaq imişəm. O zaman bizə elə gəlirdi ki, Ağalar müəllim (elə başqa müəllimlərimiz də) yalnız bizim qarşımızda ağrılı insan donu geyir.
Mənim xatirə dəftərim…
Hələ məktəb illərinləndə də xatirə dəftəri tutmağdan xoşum gəlməzdi. Onu artıq iş hesab edərdim. İndi zaman ötdükcə böyük bir səhv etdiyimi anlayıram. Tələbə adını qazandıqdan sonra da mənim xatirə dəftərim olmadı. Onu tərtib etməyi bacarmıram desəm bəlkə də düz anlaşılmaram. Amma taleh, qismət elə gətirdi ki, bizim buraxılış şəkil qovluğumuzda xatirə yazılacaq səhifələr var idi. Bütün müəllimlərimə yer ayırmışdım o qovluqda. Mənim keçmişimi müşayət edib də gələcəyimə qiymət vermişdi müəllimlərim. İndi o qovluqda yeri boş qalan Ağalar Mirzədir. Dəfələrcə dekanlığda üz-üzə gəldik, amma mən sabaha saxladım onun xatirələrini. Sabah nə olacaqdı, ey insan?.. Sabahki zaman öz hakimliyin etdi. Bu dünyadan o dünyaya daha bir insan getdi.
Əsəbi müəllim…
Mən müəllimləri əsəbləşdirməkdən hər zaman sövq almışam. Mənə elə gəlir ki, insanı əsəbləşdirib, onu tam tanımaq olar. Həm də əsəbi müəllim daha da çılğın dərsi anladır. O zaman mən dərsi elə aditoriyadaca öyrənirdim. Bir, iki dəfə Ağalar müəllimlə də konfiliktə girmişəm. Mənim ona ünvanladığım sərsəri (çox sadə) suallara əsəbi şəkildə cavab verərdi. Ümümiyyətlə «Ağalar müəllim əsəbi insan idimi»? sualına mən «Hə» deyə cavab verərəm. Bunu özü də təsdiqləyirdi. Bir dəfə əlinə mənim dəftərim düşmüşdü. Xəttimin çirkinliyinə təsüflənmiş, «Sənin əsəblərin yerində deyil» demişdi mənə. Bir neçə dərsdən sonra müəllim kitabına xatirə imzası atdıqda mən də «müəllim, sizin xəttiniz niyə belə çirkindi»? deyib, sual etmişdim. «Elə bilirsən ki, müəlliminin əsəbləri çox sakitdi»?.. deyə gülmüşdü əsərin qəhramanı. O məni kimi yüz, bəlkə də, minlərlə tələbəsi ilə əsəbləşirdi. Üstəlik işi də çox əsəb tələb edən iş idi. Həm də özü dediyi kimi elə hey işləyirdi. Televiziyanın işləməyəcəyi günü bəlkə də səbirsizliklə gözləyirdi ki, bircə gün o da istirahət etsin. Olmadı o gün. Hər dəfə zarafat olsun deyənə deyərdik: «Ay müəllim, eyib etməz təqayüdə çıxıb istirahət edərsiz». Qismət deyilmiş.
Adımın ilki…
Ağalar müəllimin qızının adı da Günaydı. Mənə ilk dəfə mənim adımın haradan qaynaqlandığını da məhz Ağalar müəllim anlatmışdı. Xalq şairi Fikrət Qocanın qızının adı da Günaydı. Həm də o ilk «Günay» adını daşıyan şəxsdi. Bu ad Cəfər Cabbarlının «Aygün» əsərindən götürülmüş «Aygün» adının tam əksidi ki, ilk dəfə Azərbaycanda bu adı Fikrət Qoca öz qızına verib.
Fani dünya dərsi…
2008-ci il… Mart ayının 5-i axşam saat 22:00 radələrində 54 yaşında ürək çatızmazlığından şair, publisit, filalogiya elmləri doktoru, professor, Ağalar Mirzə vəfat etdi. Xəbəri eşidər, eşitməz bizim yaşadığımız dünyaya niyə «fani dünya» deyirlər anladım. Dünyanın faniliyini mənə müəllimim son dərsi ilə anlatdı. Özünün ölüm dərsi ilə, karvandan keçməsi ilə, elə «karvan»-ı (müəllifi və aparıcısı olduğu ferlişlərdən biri) bir daha mənə xatırlatması ilə… Anladım. Anladım ki, dünya uzaqları yaxınlaşdırdığı kimi yaxınları da uzaqlaşdırır. Faniləşir… Adiləşir.
Allah rəhmət etsin.
TÜRK OLUB, TÜRK DƏ QALMIŞIQ
Türkçülük qanımızda, canımızdadı desək təbii ki, yanılmarıq. Vallah türkçülüyü bizə aşılayan olmayıb. Yetmiş illik yasaq tarixi olsa da, yenə də türk olub, türk qalmışıq. Damarlarımızdan axan qan daim bizə başucalığı gətirib. Ana laylası qulaqlarımıza sırğa olub.
Anamız deyib:
Laylası dərin bala,
Yuxusu şirin bala,
Tanrıdan əhdim budu
Toyunu görüm bala
Necə də gözəl sözlərdi, deyilmi? Ananın balasına arzuları. Ananın əhdi. Bəli, Azərbaycan türkünün ana laylasında yalnız və yalnız əzizləmələrə rast gəlinir. Laylalarımızı oxuduqca və yaxud da dinlədikdə, insan bir daha əmin olur ki, ana dili məhz əzizləmə ilə gözəlləşir. İndi gəlin nəzər salaq, düşmən balasını necə tərbiyələndirir. Erməni ana balası doğulduğu gündən «balam tez böyüsün, türkü qanına qəltan etsin» deyir. Əcəba nədən və nə üçün? Nədi səbəb Qanımız çox şirindimi? Yəni insan övladını qatil kimi böyütməkdən zövq ala bilərəmmi? Məncə insan zövq almaq üçün başqa üsullar tapmalıdı. Belə adamlara insan demirlər. Təbii ki, başqa bir insan övladını süngüdən keçirmək, onun qanını dilinə vurub «dadlıdı, dadlıdı» deyib qışqırmaq insan əməli deyil. Azğınlaşma, quduzlaşma xəstəliyinin göstəricisidi. Erməni ana «türk qanını iç» deyir balasına. Mənim anam isə «Laylay dedim ucadan, Ünüm çıxdı bacadan, səni Tanrı saxlasın, Suçiçəkdən qızılcadan» deyir ölvadına. Anamın arzusu mənim sağlamlğımdısa, erməni ananın balasına arzusu onun peşəkar qan içən olmasıdı. Zaman-zaman qan içən erməninin bir azuqəsi olub. Təbii ki, balasına arzulandığı kimi, türkün qanı. Azğınlaşmış ermənidən bu baxımdan ən çox bəlaçəkən azəri türkləridir. Qarabağ sözünün mənası türk bağları deməkdir. Əzəldən bu yerlərdə məskən salmış türk indi qaçqın, köçkün adı alıb. Bu yerdə deyiblər e, «yersiz gəldi, yerli qaç». Əvvəlcə erməni Qarabağa gəlişinə abidə ucaldır sonra da onu uçurub məhv edir. Tarixi saxtalaşdırmaq erməni xislətindən doğur. Həm də peşəkar vandalizm bu millətə babalarından yadigar qalıb. Uçurub dağıtmaqla tarixə insan kimi iz salmaq bu xalqa xas deyil. Zəngin mədəniyyətimizə də erməni hücumu var. Amma ermənilər bir reallığı dərk etməlidir ki, mədəniyyətimizə hücum da onlara heç nə verməyəcək. Çünki mənim xalqımın mədəniyyəti də türkçülüyü kimi qərinələrə söykənir. Qədim İrəvan çuxuru türkün olub. Tarixən bu ərazidə türklər yaşayıb. İndi isə dədə-baba yurdumuza gör kimlər yiyə durub. Tarixin ən qədim zamanlarında indiki Ermənistan ərazisində türklər yaşayıb. O zamanlar otuz min kvadrat kilometrlik türk yurduna ermənilər köçmüşlər. O gündən də türkü köçkün salmışlar. Türkün daşa çevrilmiş tarixini saxtalaşdırmaq isə erməniyə qismət olmayıb. İrəvanın adını dəyişib Yerevan qoyub. Nə fayda? Bütün tarixi mənbələrdə qədim diyar İrəvan kimi təqdim olunur. İndi gəlin belə bir nəticəyə gələk. Ermənistan dövlətinin dövlət kimi mövcud olması düz deyil. Əlifbası özgə əlifbası, paytaxtı özgənin, daha nələr, nələr, ən əsası bu millətin mədəniyyəti özgələrindi. Bəli, dili, dini, mədəniyyəti olmayan millət millət deyil. Kamil oğrudu. «Sarı gəlin» balabanda ifa olunan həzin azəri musiqisi. İndi isə bir aman Allahla nəzərinizə çatdırım ki, bu mahnı kor-kobud erməni ləhcəsində səslənir. Vallah ayıbdı. Ayıbdı sizə Andiraniklər, Markaryanlar. Daha dünya da sizdən bezib. Mənə hücum et, qanımı iç, yurdumu viran et, sonra da de ki, «A dünya, soyumu qırıb türk». Deyəsən axı beş milyard ildi bu dünya yol gəlir. Tarixi yaza-yaza, poza-poza gəlir bu dünya. Sənsə gəlib zəngin tarixi olan dünya millətlərinə Qara Qarayev mənimdi deyirsən. Heç məntiq varmı yalanlarında? Vallah, yoxdu. Qara Qarayevi dünya Qarayev kimi tanıyır. Daha Qarayan kimi deyil ki, onu da Ağrı dağı kimi öz adına yazdırasan. Erart kimi dünya xəritəsinə düşmüş bu dağ bizim Səlcuk babalarımızın əski yurd yeridi. İndi nə edək ki, erməni Avropanın ən uca zirvəsi olan Eraratı Ararat kimi tələffüz edir. Sonra da deyir ki, bizimdi.
ÇUDO PEÇKA DÜKANI DAHİLƏRİMİZİ
TƏNQİD EDİR
Şərq qəzeti 17 mart 2007-ci il
Bu yaxın günlərdə Bakı şəhərində, metronun Q.Qarayev stansiyası yaxınlığında daha bir «Çuda Peçka» şirniyyat dükanı xalqın istifadəsinə verildi. Bu reklam tipli xəbəri nəzərinizə çatdırmqda məqsədimiz heç də sizi azuqələrin çeşidliyindən və yaxud da keyfiyyətliliyindən xəbərdar etmək deyil, əziz oxucularımız. Xəbər nə qədər ürək açan olsa da, bir o qədər də qanqraldıcı görkəmə malikdir. Bəli dükan öz şirniyyatları ilə özünə alıcı toplayacaq. Buna sözümüz yoxdur. Bəs nədir görəsən qanımızı qaraldacaq fakt. Bir daha deyirəm ki, bu dükanda keyfiyyət məsələsinə deyil mənəviyyat məsələsinə toxunacağıq. Dükanda hansı mənəviyyatdan danışırsan? Deyənlər bu an çoxluq da bilər. Amma gəlin baş vermiş hadisəni sonuna qədər izləyək. Dükana yaxınlaşdıqda adi dükandır desəniz də içəri daxil olduqdan sonra burada Azərbaycan musiqisinin dünya arenasına çıxarılacaq əsərləri yarı canlı şəkildə sizi qarşılayacaq. Burada demək olar ki, bütün şirniyyatlar üzərində musiqi abu-havası var. Əgər göəzünüzü şirniyyatlardan çəkə bilsəniz dükanın interyerinə nəzər yetirin. Yerləşdiyi məkandadır yoxsa nədəndirsə burada bir çox korifeylərimizin şəkilləri nümayiş etdirilir. Məsələnin qanqaraldıcı tərəfi isə ondadır ki, Qara Qarayev, Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Niyazi kimi korifeylərimizin adı beş guşəli ulduzun çevrəsində döşəməyə, ayaqlar altına atılaraq həkk edilib. Vəziyyəti belə gördükdə yadıma İraq hotellərinin birində qapı ağzına döşədilmiş Buşun şəkili düşdü. Bir-birinə düşmən olan xalqların bu təhər işləri bəlkə də anlaşılandır. Bəs biz niyə soy kökümüzü ayaqlar altına alıb tapdayırıq? Belə-belə fikirlərlə xəyallara daldım. Oyandıqda yenə də özümü Çudo Peçkada, gözəl bir musiqinin sədaları ilə əhatə olunmuş gördüm. Bir anlıq ətrafa baxdım. İnsan üçün yaradılmış şərait aldığı azuəqəni yerindəcə dadmağa imkan verirdi. Təbii ki, bu fürsəti əldən verməyən xalqımın nümayəndələri də bir varlığı unudub, bir vargəldədilər ki, gəl görəsən.
Gördüm və görmək üçün yox, özümü inandırmaq üçün yenidən ayaqlar altına atılmış adları oxudum. Bir anlıq hər bir inci varlıq, elə çalınan musiqi də mənim üçün eybəcərləşdi. Məni gözümdə bir anlıq da olsa eybəcərləşənlər görəsən sabah əcnəbilərə çirkin gəlməyəcək ki? Görəsən onlardamı mənim kimi İraq mehmanxanasını xatırlayacaqlar.
Bax, onda vay bizim halımıza. Niyəsini deyim bilin, əziz və hörmətli oxucularımız, əgər mən özüm xarici ölkələrdən birində belə bir vəziyyətlə razılaşsaydım düşünərdim ki, bu Q.Qarayev, Ü.Hacıbəyov, Fikrət Əmirov və yaxud da Niyazi bu xalqın düşmənləridir. Ya bizim düşmən qəbul etdiyimiz kimi ermənidir. Bir də vay o günə ki, erməni bu şəxsiyyətləri özünküləşdirmək qərarına gəlsin. Əsil dəhşət onda olacaq. Gəlin bariz nümunəmizlə səhvimizin üstünə səhv gətirməyək ki, dəşhətimiz də dəhşəti üstələməsin.
DÜNYA ADLI PƏNCƏRƏ
Dəniz kənarı, Sahilə doğru hərəkət edən dalğalar bir mən. Xayallara dalıram. Xəyallarla dalğaların arxasınca qaçır geriyə qayıtdıqda isə qorxuram. Qorxuram ki, böyük su axını məni də özüylə alıb aparsın. Yenidən suya bir də quruya baxıram. Əllərim əqlimi üstələyir, əqlimdən cəld hərəkət edir. Torpağı bərk-bərk ovcuna sıxır. Bir zaman söykəndiyim dağları indi torpaq əvəz edir. Birdən qəribə bir hiss məni qucağına alır. Xəyallarım ucalır. Dəniz təki təlatümlü olmaq danışmaq istəyirəm sayaq. Amma yağışın yağmağı, ildırımın çaxmağı, göyün yerə yarı parçası kimi həsrətlə baxmağı məni yenidən düşündürür. Dünya adlı bir pəncərə haqqında düşünürəm bu dəfə. Onun iki parçaya bölünməsi, bu ikiparçanın bir-birinə necə həsrətlə baxması mənə sevgililərin baxışlarını xatırladır. Yer ilə göy arasında bütün çirkinliklərin məhv olmasını da məhz sevən insanların gözlərində görmək olar. Sanki saf məhəbbət sevən insanın gözlərinə də saflıq işığı gətirmiş olur. Əslində insan dünyaya gəldiyi gündən sevir. Ana məhəbbətindən dünyaya gəlmək, onun məhəbbətini qazanmaq bəşər tarixi mövcud olduğu gündən insanlıq üçün ən əsas meyardır. Şair demişkən:
Beləcə yaranıb bəşər qədimdən,
Doğulduq analar məhəbbətindən
Tək bircə anaların kin, nifrətindən,
Onların hirsindən qoruyun məni.
İnsanın hər bir atdığı addım, etdiyi hərəkət onun iç dünyasını müəyyən qədər açıq göstərmiş olur. Hər bir insan atdığı addımlarla dünya adlı pəncərədən baxıb keçir. Əslində hər kəs bu pəncərədən elə şərəflə baxmalıdır ki, keçib getdikdən sonra da iz qoymuş olsun. İz qoyaraq yaşamaq, səni dünyaya gətirənlərin adını yaşatmaq insan ömrünü zənginləşdirər, daha da gözəlləşdirər. Əgər sən kiminsə adını yaşatmaq-etimadını doğrultmaq uğrunda mübarizə edərsənsə bir zaman sənin adını yaşadanlar tapılar. Bunun üçün isə gün keçirmək yox yaşamaq gərəkdir. Mən də bu günü yaşadım. Günü keçirdim. Amma mənalı, gözəlliklərlə əhatələnmiş şəkildə. Xəyallara daldım, dalıb ilham aldım. Məhz ona görə ki, xəzərin hər dalğası bir kişnəyən bəyaz yalın at kimi, elə bizim bu həyat kimi. Bu fikirlər, bu düşüncələr hər biri sahilin gözəlliyindən, dalğaların coşqunluğundan ilhamlanırdı. Amma artıq saat keçir, gün enməyə doğru idi. Mən isə növbəti dəfə sirli ümmana necə və nə cür əlvida deyəcəyimi düşünürdüm. Bir təhər sağollaşdıq. Dəniz gecə pıçıltısı ilə mənə get, yolun açıq olsun, mən isə gecən xeyrə qalsın deyib, sirdaşımla vidalaşdım. Evə qayıtdığım yol boyu sahilin gözəlliyi, saflığı məni müşaiət edirdi. Özüm də bilmədən ömrümdən dəqiqələr-saatlar ötüb keçdi. Bu gün də mənim ömür tarixçəmə bir adi gün kimi daxil oldu. Hər gün isə mənə zövq verən kişnəyən bəyaz dalğalar bir də aramla ötüb keçən karvandır. Əslində biz insanlar da bu karvanda sarvanımıza şükür edərək onun arxasınca gedirik. Dünya adlı pəncərədən baxıb, keçirik.