ÇUDO PEÇKA DÜKANI DAHİLƏRİMİZİ
TƏNQİD EDİR
Şərq qəzeti 17 mart 2007-ci il
Bu yaxın günlərdə Bakı şəhərində, metronun Q.Qarayev stansiyası yaxınlığında daha bir «Çuda Peçka» şirniyyat dükanı xalqın istifadəsinə verildi. Bu reklam tipli xəbəri nəzərinizə çatdırmqda məqsədimiz heç də sizi azuqələrin çeşidliyindən və yaxud da keyfiyyətliliyindən xəbərdar etmək deyil, əziz oxucularımız. Xəbər nə qədər ürək açan olsa da, bir o qədər də qanqraldıcı görkəmə malikdir. Bəli dükan öz şirniyyatları ilə özünə alıcı toplayacaq. Buna sözümüz yoxdur. Bəs nədir görəsən qanımızı qaraldacaq fakt. Bir daha deyirəm ki, bu dükanda keyfiyyət məsələsinə deyil mənəviyyat məsələsinə toxunacağıq. Dükanda hansı mənəviyyatdan danışırsan? Deyənlər bu an çoxluq da bilər. Amma gəlin baş vermiş hadisəni sonuna qədər izləyək. Dükana yaxınlaşdıqda adi dükandır desəniz də içəri daxil olduqdan sonra burada Azərbaycan musiqisinin dünya arenasına çıxarılacaq əsərləri yarı canlı şəkildə sizi qarşılayacaq. Burada demək olar ki, bütün şirniyyatlar üzərində musiqi abu-havası var. Əgər göəzünüzü şirniyyatlardan çəkə bilsəniz dükanın interyerinə nəzər yetirin. Yerləşdiyi məkandadır yoxsa nədəndirsə burada bir çox korifeylərimizin şəkilləri nümayiş etdirilir. Məsələnin qanqaraldıcı tərəfi isə ondadır ki, Qara Qarayev, Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Niyazi kimi korifeylərimizin adı beş guşəli ulduzun çevrəsində döşəməyə, ayaqlar altına atılaraq həkk edilib. Vəziyyəti belə gördükdə yadıma İraq hotellərinin birində qapı ağzına döşədilmiş Buşun şəkili düşdü. Bir-birinə düşmən olan xalqların bu təhər işləri bəlkə də anlaşılandır. Bəs biz niyə soy kökümüzü ayaqlar altına alıb tapdayırıq? Belə-belə fikirlərlə xəyallara daldım. Oyandıqda yenə də özümü Çudo Peçkada, gözəl bir musiqinin sədaları ilə əhatə olunmuş gördüm. Bir anlıq ətrafa baxdım. İnsan üçün yaradılmış şərait aldığı azuəqəni yerindəcə dadmağa imkan verirdi. Təbii ki, bu fürsəti əldən verməyən xalqımın nümayəndələri də bir varlığı unudub, bir vargəldədilər ki, gəl görəsən.
Gördüm və görmək üçün yox, özümü inandırmaq üçün yenidən ayaqlar altına atılmış adları oxudum. Bir anlıq hər bir inci varlıq, elə çalınan musiqi də mənim üçün eybəcərləşdi. Məni gözümdə bir anlıq da olsa eybəcərləşənlər görəsən sabah əcnəbilərə çirkin gəlməyəcək ki? Görəsən onlardamı mənim kimi İraq mehmanxanasını xatırlayacaqlar.
Bax, onda vay bizim halımıza. Niyəsini deyim bilin, əziz və hörmətli oxucularımız, əgər mən özüm xarici ölkələrdən birində belə bir vəziyyətlə razılaşsaydım düşünərdim ki, bu Q.Qarayev, Ü.Hacıbəyov, Fikrət Əmirov və yaxud da Niyazi bu xalqın düşmənləridir. Ya bizim düşmən qəbul etdiyimiz kimi ermənidir. Bir də vay o günə ki, erməni bu şəxsiyyətləri özünküləşdirmək qərarına gəlsin. Əsil dəhşət onda olacaq. Gəlin bariz nümunəmizlə səhvimizin üstünə səhv gətirməyək ki, dəşhətimiz də dəhşəti üstələməsin.