← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

ÖN SÖZ

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Təqdimat /

“Xoxan” kitabı 2009 – cu ildə “SSPrint” tərəfindən Bakı şəhərində cap olunmuşdur. Kitabın redaktoru: Dilsuz , korrektoru: Səttar Laçın, Türkiyə türkcəsinə çeviricisi: Oktay Hacımısalı, rəssamı isə Cabbar Heydərov olmuşdurlar. Kitab müəllifin ilk kitabı olduğundan bütün yazılara əsil sənət əsəri kimi baxılmamalıdı. Müəllifin elə yazıları vardır ki, məktəb illərində elələri də vardır ki, unverisitet tələbəsi olduğu illərdə yazılıb. 

 

ÖN SÖZ

Sənətə, ədəbi aləmə, özünə. Sözünə, gücünə inananlar gəlir Günay xanım. Bu yol sıfırdan sonsuzluğacan uzanır. Bəzən uduzur, bəzən də ədəbi şöhrətə qovuşub ölməzlik qazanır, Günay xanım. Mən sənin titrək səsinlə oxuduğun mənsur şerləri dinlədikcə hər birində sənət işığı, sənət qığılcımı görmüşəm, əziz qızım. Tələbələrim arasında səndə cəsarət və doğmalıq həmişə məni düşündürüb ki, görəsən bu qız sənət yolunda olan ağrı-acılara dözəcəkmi? Qəzetlərdə çıxan kiçik yazılarını oxuduqca düşünmüşəm ki, bu səndə (bəzilərində olduğu kimi) ötəri həvəs deyil. İlk kitab hələ ilk addımdı, mənim balam. Mürəkkəb dünyamızın ağrılı-acılı sənət yolları gözləyir səni. Gündüzlərin-gecələrin həyəcanlı çalışmaq anları, yaratmaq həvəsi gözləyir səni. Bir vaxt mən də ilk kitabın sevincini duymuşam. İlk kitab hələ heç nə deməsə də səndəki cəsarətə, çalışma əzminə, böyük həvəsə inanıram. İnanıram ki, «Dağlı» təxəllüsü seçmiş əsmər üzlü, kövrək sözlü Günayım istəyinə nail olacaq. Sənə uğur və sadət arzulayan müəllimin.

Dəmir Gədəbəyli.