← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

Döyüşgən bəndəyəm

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Şeirlər /

Döyüşgən bəndəyəm

Dərdlərim dərdimin üstünə gəlir.

Dərdimə dərdim qoşulub gəlir.

Səngər təsvir olunur taleh əsərimdə.

Dərdlərim bənzəyir ordu əsgərinə.

Sarılıb balama ağlayıram mən.

Əlimlə balamı dağlayıram mən.

O gözündən tökür qara göz yaşı,

yağır varağ üstə taleh yağışı.

Yazılır tarixə bu qanlı savaş.

Savaşır dərdimlə, savaşır baş.

Güllələr gül olub uçanda göydə

dərdlərim çəkilib geriyə gedir.

Dərdlərim səhvini dərk edəndə

mənim ömrüm irəli gedir.

Tarixin çərxini çevirib gedir.

Dərd adlı sərkərdəni devirib gedir.

Mənim göz yaşlarım görünməz olur,

balamın gözləri boşalır-dolur.

Döyüşür inadım, döyüşürəm mən.

Topum yoxdu, tüfəngim də yox.

Qılıncdan qüvətli əlimdə qələm

döyüşgən bəndəyəm,

İlahi, nədən?..