- Azərbaycan
- Qucağında göz açmışam, övladınam,
- Mən də sənin bir körpənəm, sənsən anam.
- Sənə sevgim məhəbbətim ümman-ümman,
- Odlar yurdum, gözəl məkan, Azərbaycan.
- Mənimkidi bu yurd-yuva, bu od-ocaq,
- Hər çəməndən çiçək dərdim qucaq-qucaq.
- Suyun, havan mənə məlhəm, mənə dərman,
- Odlar yurdum, gözəl məkan, Azərbaycan.
- Biz səninlə öyünürük, biz səninlə ucalırıq,
- Dağlarına söykənirik, torpağından güc alırıq.
- Biz səninik, sənsən bizə arxa, həyan,
- Odlar yurdum, gözəl məkan, Azərbaycan.
- Qalmayacaq bu torpaqda düşmən izi,
- Vuruşlara səslə bizi, döyüşlərə çağır bizi,
- Başı uca, qəlbi geniş, köksü vulkan,
- Odlar yurdum, gözəl məkan, Azərbaycan.
- Bu gün
- Bir günün sabahı gəldin dünyaya,
- Məni də sabah üçün doğdunmu, ana?
- Sabahlar sabahı açıldı bu gün,
- Yenə sən sabahı düşünürsən, ana.
- Bəs haçan olacaq sabahın özü?
- Bu günün özü?
- Ki sən daha düşünməyəsən,
- Qəm yeməyəsən.
- Arzuladığın sabahı sağ ikən görəsən.
- Yoxsa bəşərin arzusudu bu?
- Sənin də gözündə qalacağmı o?
- Əzizləmə ilə başladın laylama,
- Sən nələr arzuladın mənə, ay ana?
- Gör nələrə qadirdi övladın,
- Sənin sabahın
- Sabahki adın
- Yenə arzuların qalaq-qalaqdı,
- Yenə gözllərin sabah gözləyir
- Yenə qalanıb arzu ocağın
- Səni sabahki sabah gözləyir.
- Məni də özünə sarvan etmisən,
- Ömür yollarını karvan etmisən.
- Arzuların düşübdü arxamca mənim
- Qarşımda açılıb cənnət yolları.
- Sənin duaların
- Sənin istəyin
- Mənə olubdu ömür yolları.
- Bəs, indi istəyin nədi?
- Sabahki günümüzün mövzusu nədi?
- Bu sabahlar bitməyəcəkmi?
- Bircə gün bu günü düşün,
- Yaşa özün üçün-
- özünü düşün.
- Sabahı var ikən sabah düşünmə!..
- Allah var ikən sabah düşünmə!..
- Qoy dilin daim belə desin:
- Bu gün, bu gün, bu gün.
- Bir yaz yağışı
- Bir yaz gecəsi. Qaranlıq gecə…
- Gözlərim ürəyim kimi dolub-boşaldı.
- Gecə əyninə zülmət geyib
- Məni, məni ağuşuna aldı.
- Yerdən göyə ah ucaldı
- Göydən yerə göz yaşları sərildi
- Bir yaz yağışı
- Dərdimə şərik yağış…
- Bir yaz yağışı
- Yağdı pıçıltı ilə
- Sinəsini sipər etdi yerə.
- Gəldi…
- Getdi…
- Mənim gəldiyim dünyaya getdi.
- Bir yaz yağışı yağdı
- Yoğruldu xəmir…
- Mənim saxsı bədənli babalarım,
- Mənim saxsı bədənli nənələrim,
- Mənim saxsı bədənli olacaq nəvələrim
- Mənim keçmişim, bu günüm, gələcəyim
- Bir yaz yağışıdı.
- Ondan ruh alır insan…
- Odu damarlarımdan axan qan,
- Bədənimə min naxış vuran,
- Odu mənə verən can.
- Torpağıma maya salan.
- Məni dünyaya gətirib atam, anam,
- Bəli mən insanam…
- Adəməm…
- Bəs, mənim doğum tarixim?…
- Mən doğulmuşam?…
- Bəlkə elə var idim?…
- Atamın doğum tarixi?…
- Yox babamın?…
- Bəlkə babasının?…
- Bəlkə də?…
- Bir yaz yağışı
- Sirri bilən tək varlıq…
- Pıçıldadı:
- Adəm yoğrulduğu gün yoğrulmusan,
- Sən olmusan ilk insan,
- Elə sən də qalmısan.
- Səni dünyaya da sən gətirmisən.
- Bir bədəndə ölmüş,
- Bir bədəndə yaşamısan
- Bir yaz yağışı təzələnib
- Birində köhnəlmisən.
- Bir yaz gecəsi.
- Qaranlıq gecə…
- Gözlərim ürəyim kimi dolub-boşaldı.
- Gecə zülmümdən zülmət geydi
- Məni, məni ağuşuna aldı.
- Yerdən göyə ah ucaldı
- Göydən yerə göz yaşları sərildi
- Bir yaz yağışı
- Mənə acı həqiqəti xəbər verdi
- “Sən təzə deyilsən” dedi.
- Yəni, yalanmı dedi?…
- Mənə yol göstərəm arzularımdı
- Işıq olan yerdə yaraşıq olar.
- Atalar sözü
- Bir şam piltəsi alışan kimi
- Yanıb işıq saçan arzularımdı.
- Mən də işıq tutan lampa şüşəsi,
- Içimdə od tutan xəyallarımdı.
- Qəlbimdə ağlaqan yer var,
- haray var.
- “Merkuri”,
- “Venera”,
- “Mars”.
- Bir də başına dolanan “Ay” var.
- Ruhuma ev olan ürək –
- Sim-sim qapılı saray,
- Ağrı çəkən şaham,
- Padşaham haray,
- ay haray.
- Xəzinəm var dopdolu
- Mənimdi…
- Sahibi mənəm…
- Bu yerdə bəndə də tutar Allah yolu.
- Tutiyəm var, tutiyəm,
- Ürək qanı paylayan
- Ehsan qaşığıyam mən.
- Arzular qəlbimə yağan yağışdı,
- Indi gələcəyin aşiqiyəm mən,
- Indi xəyallarım naxış-naxış.
- Gedən dəvələrə yol göstərirəm,
- Mənə yol göstərən arzularımdı.
- Allah yerdi
- Yoğurub Adəmi, yoğurub məni,
- Alıb əllərinə, alıb qələmi,
- Çəkib gözümə Tanrı sürməni,
- Göndərib yer üzünə, göndərib məni.
- Yerin baxışlarına tuş olmuşam,
- Allahın üzünə vurulmuşam mən.
- Çəkmək istəmirəm ondan əlimi,
- Çəhənnəm odunda yandırsın məni.
- Tamahım başımı yarsa da bu gün,
- Bəxtimə, talehimə vursa da düyün
- Mən ona aşıq dəlilər kimi,
- Köçmərəm dünyadan bəndələr kimi.
- Yağdırıb üzümə yağış damlası
- Yuyar gözlərimi damla suyu ilə
- Aləmi alar göy gurultusu
- Yağar göydən qüsulun suyu.
- Yığışıb dindarlar yuyunarlar,
- Geyinib sonra da soyunarlar.
- Beləcə yer uzundə mömün olarlar
- Allahın üzündən doymayanlar
- Allah yerdi dediyin zaman,
- Adamı dilindən asar adamlar
- Allah göydü dediyin zaman
- Adamı göylərə qaldırarlar.
- Bəs sənin günahın nədi, a dünya.
- Yenə üstümə gəlirsən dünya,
- Görmürəm üzünü, gözünü sənin.
- Dəmir dəbilqə geymisən dünya,
- Bəs necə sevdim üzünü sənin?
- Sən qədər səni tənımadım,
- Əlimdə nəştər səni danladım.
- Rəngin qaçdı, gözün bərəldi,
- Əlimdəki qələmi sən tanımıdın?
- Səni vəsf edən durub qarşında,
- Sən də durmusan ona qarşı
- Sənə məhəbbəti dönür başında,
- Sən də gəzdirirsən dəmirdən başı?..
- Bir gün başlanğıcsan, bir gün son,
- Bir adi günümü cənnət edirsən,
- Bir gün də qoyursan nidalı bir son
- Çevirib üzünü hara gedirsən?
- Sənə deyəcək sözüm var dünya,
- Getsən əsəcəm küləklər kimi.
- Gözlərim çaxacaq buludlar kimi,
- Dolacaq, olacaq yer üzü dərya.
- Mənim axırım sənin getməyin,
- Sənin getməyim mənim itməyim.
- Ən böyük günahım səni sevməyim,
- Bəs sənin günahın nədi, a dünya.
- Əzrayıl mədəsi bu yer üzündə
- Bir inək başı ilə inək ayağı,
- Durmuşdu yan-yana inək yanında
- İnək də otlayırdı öz xəyalında.
- Alırdı otların canını inək,
- Ötürürdü mədəsinə yemək.
- İnək əzrayil idi bu cəməndə,
- Bu cəmən otları qəbir daşları.
- Atamın atasının
- Babamın babasının qəbir daşları.
- İnək var idi bu cəməndə,
- otlar üstündə
- Bir də inəklərin kəsik başları.
- Əzrayil donlu bu insana bax,
- Cənnətdən babası qovulan insan.
- Əlində inək üstünə yerdi biçaq,
- Daha bir günahı qazandı insan.
- İnək başları sıralandı,
- Ayaqlar cütlənib dəyandı.
- Bu cəmən beləcə bazar oldu,
- İnsan məddəsi məzar oldu.
- Babamın məzarını yedi inəklər,
- Onun da ətini yedi insanlar.
- Məzarı bətnində gəzdirən insan,
- Vermədi, aldılar ondan can.
- Əzrayıl məddəsi, bu yer üzündə,
- Beləcə dövür edirdi zaman.
- Bir inək başı ilə inək ayağı,
- Durmuşdu o biri inək yanında
- İnək də otlayırdı öz xəyalında.
- Qandal vücudum, qandal canımla
- Bir qandal edib bağlayaydılar,
- Məni əlinə, ayaqlarına.
- Səni tuta biləydim qandal əlimlə,
- Saxlaya biləydim təhlükələrdən
- Düşüb əlinə, həm ayağına.
- Sənin üçün yaşayıb mən ömür edəydim
- Sən də qalaydın elə bu günümüzdə
- Mən qocalıb dünyadan gedəydim
- Sən yaşayaydın toyla, düyünlə.
- Mənə qarğışların dua olaydı
- Bütün mümkünsüzlüklər röya olaydı
- Qayıdıb dünyaya günün birində
- Sənə sevgimi verəydim hədiyyə
- Arzular, ümidlər uzanıb gedir
- Saatlar, dəqiqələr qocalıb gedir
- İçimdə qürurum intihar edir
- Sevgi budursa “sevmə” deyir
- Canımı alacaq əzrayil da
- Gəlir-gedir «gəl, gedək» deyir.
- İtlər üstümə hürüşür,
- İnsanlar halıma gülüşür.
- Göydən yağan daşlar başıma düşür
- Cəhənnəm əzabı ilə günlər ötüşür
- Ötüşür…
- Ötüşür…
- Sənə sevgim ən böyük günahım
- Sənə sevgim yaşamaq inadım
- Sənə sevgim dinim, imanım
- Günahdırsa günah edim
- Səni sediyimi qoy sənə deyim
- Sarılıb əlinə, ayaqlarına
- Qandal vücudum, qandal canımla
- Ovcumun içində kəsik ömür
- Ovcumun içində kəsik bir ömür,
- Alnımın üstündə taleh yolları.
- Ovcumun içində bir ulduz sönür,
- Dönür başımda sevdalar dönür.
- Alnımın cızıqları izahsız, şərhsiz
- Mənə ömür yaşadır tənha kimsəsiz.
- Ovcumun içində qorxulu yollar
- -çəkilib gedir qəliz-qəliz.
- Onu izah edən qaraçıya bax
- «bax bu ömür yolundu
- ən qısa yol»
- Deyib başıma isti su töktü.
- «bu da məhəbbət yolundu
- ən uzun yol».
- Dedi dünyam tərsinə döndü.
- Dirəndi ovcum alnıma yenə,
- Bələndi arzular bələndi yenə.
- Bir gün mənsiz olacaq bələklərə,
- Sarılıb ağlamaq gəldi əlimə
- Səni sevdiyimi ağlayıb bəyan edim.
- Ağrı dağım
- Dağ, dağ olmuş ürəyimin başı,
- Əl uzadmiş ona, anakor, naşı.
- Amalımın şahlıq kürsüsü
- Tükçülüyümün donu.
- Ağrı dağı
- Ağrı dağı.
- Babamın qardaşı,
- Qart daşı,
- Mənimdisə zirvəsi
- Mənimdi onun sevinci,
- Mənimdi onun dərdi də
- Məsgənin var qəlb evimdə.
- Ağrı dağı
- Ağrı dağı
- Göz dikənlər düşmənimdi,
- Gözlərə dağ qamətindi,
- Sənə qənim kəsilən kimdi?
- Babası kim?
- Atası kim?
- Kimliyini bilmirsə
- Bu ellərə gələndisə
- Qoy baxıb köks ötürsün
- Sən də qal öz yerində
- Elə mənim qəbimdə.
- Ana torpaqda,
- Ata, ər evində.
- Zirvələrin zirvəsi
- Ağrı dağı
- Ağrı dağı.
- Döyüşgən bəndəyəm
- Dərdlərim dərdimin üstünə gəlir.
- Dərdimə dərdim qoşulub gəlir.
- Səngər təsvir olunur taleh əsərimdə.
- Dərdlərim bənzəyir ordu əsgərinə.
- Sarılıb balama ağlayıram mən.
- Əlimlə balamı dağlayıram mən.
- O gözündən tökür qara göz yaşı,
- yağır varağ üstə taleh yağışı.
- Yazılır tarixə bu qanlı savaş.
- Savaşır dərdimlə, savaşır baş.
- Güllələr gül olub uçanda göydə
- dərdlərim çəkilib geriyə gedir.
- Dərdlərim səhvini dərk edəndə
- mənim ömrüm irəli gedir.
- Tarixin çərxini çevirib gedir.
- Dərd adlı sərkərdəni devirib gedir.
- Mənim göz yaşlarım görünməz olur,
- balamın gözləri boşalır-dolur.
- Döyüşür inadım, döyüşürəm mən.
- Topum yoxdu, tüfəngim də yox.
- Qılıncdan qüvətli əlimdə qələm
- döyüşgən bəndəyəm,
- İlahi, nədən?..
- Qaçıram ki, çevrilim ulu nənəmə
- Anam tozdu, torpağdı
- Anam daşa donmuş,
- Anam daş imiş,
- Anam torpağ imiş.
- Əzəldi anam-
- Bu dünyanın əzəli
- Bu dünya onun vucudu
- Bu dünya məni bəsləmiş
- anamın əlləri.
- Anam torpaqdı…
- Atam sudu…
- Babamın oduna yanan mənəm,
- Torpaq olub lap ulu nənəm.
- İndi anamdı bir qarış torpaq
- Nənəm daş olub köçdü dünyadan…
- ana torpağa.
- Çevrildi o da dağa, daşa.
- Analar vucudundan yaranmış vətən,
- Budur mən onun qucağındayam.
- Nənəm əzizləyir bu övladını,
- Yedirir, içirir…
- Öz torpaq bədənində əzizləyir…
- torpaq bədəni ilə-
- Torpaq canı ilə məni gözləyir.
- Mən ondan yaranıb ömür etsəm də
- Hər gün yüyürəm onun üstünə…
- hər gün qaçıram mən.
- Qaçıram ki, çevrilim ulu nənəmə.
- Yenidən yanaram
- Söndü bu dünyanın ışığı söndü,
- Döndü ağ üzü qaraya döndü.
- Küsübdü məndən bir insan könlü,
- Dindirsəm dinməzmi görəsən dili?
- Əlimdən xəta çıxıb, xətakaram mən,
- Onun simasında
- Bəşər qarşısında günahkaram mən.
- Günahıma cəzası varmı görəsən?
- Çəkim cəzamı bir ömür boyu.
- Mənə cəza nədi bəla diləsin,
- Ömürlük canıma xəta diləsin.
- Qəti susmasın dinsin, danışsın,
- Qoy sözlə silləsin çəksin üzümə,
- Qoy sözlə nifrətin bildirsin mənə.
- Sözlə öldürsün, sözlə məni,
- Sözlə kəfənləyib, basdırsın məni.
- Bir «ol»-dan yaranmadımmı?
- Bir «öl» olsun dilindən çıxan.
- Təki dillənsin, təki danışsın,
- Mən rahatlaram yalnız o zaman.
- Vallah ki, ömürlük qulu olaram,
- Məni bağışlasa o gözəl insan.
- Dinləsə məni, danışsa Vallah
- Nöbəti həyat dərsini alaram,
- Dünyanı ışıqlandırmaq üçün,
- Od olub yenidən yanaram.
- Kinliyəm
- Qədrim qiymətim bilinməz mənim,
- Qənim kəsilib mənə səmimiyyətim.
- Uşağa da, böyüyə də vardır hörmətim.
- Yarama duz səpildi yenə,
- Dərdim dərdimə təpindi beynimdə.
- Dönüb qurquşun oldu dərdlərim.
- Axıb ürəyimə doldu dərdlərim.
- Dedilər: «kinlisən» dinmədim mən,
- Mənə qənimimdi axı həmdəm.
- Şirin qan
- Damarım içində şirin qan,
- Qaralıb acılaşan,
- Qaralıb savaşan,
- Davakar qan.
- Damarım içində mehriban ana,
- Damarım içində inadkar ata,
- Tərbiyə verirlər bir övlada.
- Səcdə edirlər Qana,
- Mənim damarıma,
- Əsillərdən nəsillərə gedən yola,
- Sağa
- Sola.
- Öldür bəndəni
- Yer adlı ümmanın yosunuyam mən,
- Mənim üstüm başım yamyaşıl aləm.
- İnsana oxşarllığımı itirmişəm,
- Yenə müəllimə pul gətirmişəm.
- Gözlər görməyən dünyada, Allah,
- Mənə niyə vermisən qabiliyəti sən?
- Mən belə mənəm, mənə desəm də
- Onu görüb, özümü itirərəm
- Ayaqım altına düşüb inləsən də
- Səni təpdayıb keçərəm, Allah.
- Göz ver mənə də, ey ulu xuda.
- Sənin gözlərinə bənzəsin bir az
- Pul, paranı görən olmasın.
- Pul görən kimi gözüm kor olsun.
- Müəllimmə, həkimimə bənzətmə məni,
- Yaşamaq istəyirəm azad, firavan
- Görmək istəyirəm çölü, cəməni
- Sənin bəxş etiyin gözəlikləri.
- Sən, Allah, heç kimə bənzətmə məni
- Rüşvətxor edincə öldür bəndəni.
- AY TƏNBƏL
- Hər uzanan geəcənin qısalmış günləri tək,
- Hər qısalan günümüzün sabahına qıyma gəl.
- Hər ömrün hər baharı, bir də qışı var,
- Günəşli günləri, qarı, yağışı var.
- Gəl, ömrümün mənası, baharıma qıyma gəl,
- Soyuq bir qış günü nübarıma qıyma gəl.
- Bu cücərən tumurcuq, bu da sənin yolların,
- Uzanan yollar təki düzənibdi nübarım.
- Amandı tapdama bu yolları bir də gəl,
- Son ümidim, istəyim gəlişindi, ay tənbəl.
- QƏZƏL
- Gəl bu dünyanı sanma sən fani,
- Axtarma əgər-əskik, səhv, nöqsanı.
- Xəyal eyləmə ki, adidi dünya,
- Çox sadələşdirmə sirli ümmanı.
- Dünya yaradılmış sirr sandığıdır,
- Vardır «İncil»i, «Tövrat»ı, «Quran»ı.
- Tut Allahın ətəyindən, ey insan,
- Çünki Allahdı yaradan insanı.
- Əgər ki, sərgərdan oldun dünyada,
- Bir ki, dübarə verməz Tanrı canı.
- Olmaz buyurur qəm, qüssəyə möhtac,
- Yaşad qəlb evində daim imanı.
- Bir az səbr et, ey canı-bimar,
- Eşqlə doslaşarsan, Dağlı, dünyanı.
- GÜVƏNDİYİM DAĞLAR
- A güvəndiyim dağlar, niyə başın
- dumanlıdı?
- Göy üzünə çatan zirvən niyə belə ağardı?
- Müdrüklüyün rəmzimi?
- Böyüyklüyün tilsimi
- Məni də məndən alarmı?
- Tilsiminə salarmı?
- Güvənc yerim, ümid yerim,
- Dədəm, babam, atam, əmim
- Məni zirvəsiz qoyarmı?
- Mənim özüm dağlar,
- Qibləm, sözüm dağlar,
- Üşüyürəm
- Üşüyürəm, mən bu bahar.
- Sənə dəmi yağdı qar?
- Cabir əmim doğru demiş:
- «Sənə də qar yağdı, yağdı»
- Sənin də başın ağardı,
- Mənim qəlbim qaraldı.
- Mənim qəlbim qırıldı,
- Sənin başına qar dənələri
- Mənim ürəyimə qan yığıldı.
- Göy üzünə çatan zirvən bax beləcə
- ağardı
- Dünyam daha qaradı.
- ADIMIN YARI PARÇASI
- Gözlərim gözünün içinə baxar,
- Axar, o gözlərdən bir işıq axar.
- Gözlərim gözünə sual ünvanlar,
- Cavab kölgədə bir, gündə bir olar.
- Yorular gözlərim dikilər yerə,
- Qamaşar gözlərim, qapanar yenə.
- Qorxar bəbəklərim sənin rəngindən
- Çəkilməz əllər gözlərim üstündən.
- Eyib etməz adımın yarı parçası,
- Yer üzünün şövqü, ciyər parası,
- Nazlana-nazlana dur öz yerində,
- Dolanım başına mən milyon kərə.
- ****
- Damarım içində şirin qan,
- Qaralıb acılaşan,
- Qaralıb savaşan,
- Davakar qan
- Damarım içində mehriban ana,
- Damarım içində inadkar ata,
- Tərbiyə verirlər bir övlada
- Səcdə edirlər Qana,
- Mənim damarıma, əsillərdən nəsillərə gedən yola…
- Sağa…
- Sola…
- AY SƏNƏ QURBAN
- Gəl verib əl-ələ gedək dünyadan,
- Qoy qurbanın olsun bu can.
- Sənlə addımladığım son addımım
- Mənə bəy edər, ay sənə qurban.
- Mən qaçıram ölümə sarı, sən sarıyırsan yaraları.
- Mən ölümə gəl, gəl deyirəm, sən ölümə dərman göstərirsən?
- Loğman arxasında gizlənmə, durma,
- Yaralı qəlbimə gəl daha vurma.
- Mənim gəncliyimə məhəl də qoyma,
- Gedək dünyadan mənim dünyama.
- Gəl verib əl-ələ gedək dünyadan,
- Gedək cəhənnəmin isti bucağına.
- Gedək biz də aşiqlər ocağına –
- Gedək «Leyli Məcnun» dayanacağına.
- Gedib dayanaq biz yerimizdə,
- Dünyadan qaçaylar sırasında
- Cəhənnəm odunda yanaq biz də,
- Qır qazanına düşsün izimiz də.
- Gəl, gəl ki, gedək dünyadan,
- Gəl, qurban edim sənə can.
- Sənlə əbədi olacağım məkan,
- Mənə cənnət olar, ay sənə qurban.
- ***
- Qədrim-qiymətim bilinməz mənim,
- Qənim kəsilib mənə səmimiyyətim.
- Uşağa da, böyüyə də vardır
- hörmətim.
- Yarama duz səpildi yenə,
- Dərdim dərdimə təpindi beynimdə.
- Dönüb qurğuşun oldu dərdlərim.
- Axıb ürəyimə doldu dərdlərim.
- Dedilər: «kinlisən», dinmədim mən,
- Mənə qənimimdi axı həmdəm.
- BİR KAĞIZAM
- Bir kağızam mən yarımın cibində
- Bir parça kağız
- Qeyd dəftərinin içində
- Yazılmamış, oxunmamış bir kağız
- Qara qeydlər içində mənəm ağ üz
- Sonuncu kabus
- Sonuncu kağız
- Bircə kağız
Ədəbiyyat / Kitab arxivi
Şeirlər
Bu bölmədəki yazılar
ADIMIN YARI PARÇASI
Ağrı dağım
Allah yerdi
AY SƏNƏ QURBAN
AY TƏNBƏL
Azərbaycan
Bəs sənin günahın nədi, a dünya.
BİR KAĞIZAM
Bir yaz yağışı
Bu gün
Döyüşgən bəndəyəm
Əzrayıl mədəsi bu yer üzündə
GÜVƏNDİYİM DAĞLAR
Kinliyəm
Mənə yol göstərəm arzularımdı
Öldür bəndəni
Ovcumun içində kəsik ömür
Qaçıram ki, çevrilim ulu nənəmə
Qandal vücudum, qandal canımla
QƏZƏL
Şirin qan
Yenidən yanaram