← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

Ağrı dağım

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Şeirlər /

Ağrı dağım

Dağ, dağ olmuş ürəyimin başı,

Əl uzadmiş ona, anakor, naşı.

Amalımın  şahlıq kürsüsü

            Tükçülüyümün  donu.

                        Ağrı dağı

                        Ağrı dağı.

Babamın qardaşı,

Qart daşı,

Mənimdisə  zirvəsi

Mənimdi onun sevinci,

Mənimdi onun dərdi də

Məsgənin var qəlb evimdə.

                        Ağrı dağı

                        Ağrı dağı

Göz dikənlər düşmənimdi,

Gözlərə dağ qamətindi,

Sənə qənim kəsilən kimdi?

Babası kim?

Atası kim?

Kimliyini bilmirsə

Bu ellərə gələndisə

Qoy baxıb köks ötürsün

Sən də qal öz yerində

Elə mənim qəbimdə.

Ana torpaqda,

Ata, ər evində.

Zirvələrin zirvəsi

            Ağrı dağı

            Ağrı dağı.