Əzrayıl mədəsi bu yer üzündə
Bir inək başı ilə inək ayağı,
Durmuşdu yan-yana inək yanında
İnək də otlayırdı öz xəyalında.
Alırdı otların canını inək,
Ötürürdü mədəsinə yemək.
İnək əzrayil idi bu cəməndə,
Bu cəmən otları qəbir daşları.
Atamın atasının
Babamın babasının qəbir daşları.
İnək var idi bu cəməndə,
otlar üstündə
Bir də inəklərin kəsik başları.
Əzrayil donlu bu insana bax,
Cənnətdən babası qovulan insan.
Əlində inək üstünə yerdi biçaq,
Daha bir günahı qazandı insan.
İnək başları sıralandı,
Ayaqlar cütlənib dəyandı.
Bu cəmən beləcə bazar oldu,
İnsan məddəsi məzar oldu.
Babamın məzarını yedi inəklər,
Onun da ətini yedi insanlar.
Məzarı bətnində gəzdirən insan,
Vermədi, aldılar ondan can.
Əzrayıl məddəsi, bu yer üzündə,
Beləcə dövür edirdi zaman.
Bir inək başı ilə inək ayağı,
Durmuşdu o biri inək yanında
İnək də otlayırdı öz xəyalında.