Qandal vücudum, qandal canımla
Bir qandal edib bağlayaydılar,
Məni əlinə, ayaqlarına.
Səni tuta biləydim qandal əlimlə,
Saxlaya biləydim təhlükələrdən
Düşüb əlinə, həm ayağına.
Sənin üçün yaşayıb mən ömür edəydim
Sən də qalaydın elə bu günümüzdə
Mən qocalıb dünyadan gedəydim
Sən yaşayaydın toyla, düyünlə.
Mənə qarğışların dua olaydı
Bütün mümkünsüzlüklər röya olaydı
Qayıdıb dünyaya günün birində
Sənə sevgimi verəydim hədiyyə
Arzular, ümidlər uzanıb gedir
Saatlar, dəqiqələr qocalıb gedir
İçimdə qürurum intihar edir
Sevgi budursa “sevmə” deyir
Canımı alacaq əzrayil da
Gəlir-gedir «gəl, gedək» deyir.
İtlər üstümə hürüşür,
İnsanlar halıma gülüşür.
Göydən yağan daşlar başıma düşür
Cəhənnəm əzabı ilə günlər ötüşür
Ötüşür…
Ötüşür…
Sənə sevgim ən böyük günahım
Sənə sevgim yaşamaq inadım
Sənə sevgim dinim, imanım
Günahdırsa günah edim
Səni sediyimi qoy sənə deyim
Sarılıb əlinə, ayaqlarına
Qandal vücudum, qandal canımla