← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

Bəs sənin günahın nədi, a dünya.

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Şeirlər /

Bəs sənin günahın nədi, a dünya.

Yenə üstümə gəlirsən dünya,

Görmürəm üzünü, gözünü sənin.

Dəmir dəbilqə geymisən dünya,

Bəs necə sevdim üzünü sənin?

Sən qədər səni tənımadım,

Əlimdə nəştər səni danladım.

Rəngin qaçdı, gözün bərəldi,

Əlimdəki qələmi sən tanımıdın?

Səni vəsf edən durub qarşında,

Sən də durmusan ona qarşı

Sənə məhəbbəti dönür başında,

Sən də gəzdirirsən dəmirdən başı?..

Bir gün başlanğıcsan, bir gün son,

Bir adi günümü cənnət edirsən,

Bir gün də qoyursan nidalı bir son

Çevirib üzünü hara gedirsən?

Sənə deyəcək sözüm var dünya,

Getsən əsəcəm küləklər kimi.

Gözlərim çaxacaq buludlar kimi,

Dolacaq, olacaq yer üzü dərya.

Mənim axırım sənin getməyin,

Sənin getməyim mənim itməyim.

Ən böyük günahım səni sevməyim,

Bəs sənin günahın nədi, a dünya.