← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

Allah yerdi

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Şeirlər /

Allah yerdi

Yoğurub Adəmi, yoğurub məni,

Alıb əllərinə, alıb qələmi,

Çəkib gözümə Tanrı sürməni,

Göndərib yer üzünə, göndərib məni.

Yerin baxışlarına tuş olmuşam,

Allahın üzünə vurulmuşam mən.

Çəkmək istəmirəm ondan əlimi,

Çəhənnəm odunda yandırsın məni.

Tamahım başımı yarsa da bu gün,

Bəxtimə, talehimə vursa da düyün

Mən ona aşıq dəlilər kimi,

Köçmərəm dünyadan bəndələr kimi.

Yağdırıb üzümə yağış damlası

Yuyar gözlərimi damla suyu ilə

Aləmi alar göy gurultusu

Yağar göydən qüsulun suyu.

Yığışıb dindarlar yuyunarlar,

Geyinib sonra da soyunarlar.

Beləcə yer uzundə mömün olarlar

Allahın üzündən doymayanlar

Allah yerdi dediyin zaman,

Adamı dilindən asar adamlar

Allah göydü dediyin zaman

Adamı göylərə qaldırarlar.