← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

Mənə yol göstərəm arzularımdı

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Şeirlər /

Mənə yol göstərəm arzularımdı

Işıq olan yerdə yaraşıq olar.

Atalar sözü

Bir şam piltəsi alışan kimi

Yanıb işıq saçan arzularımdı.

Mən də işıq tutan lampa şüşəsi,

Içimdə od tutan xəyallarımdı.

Qəlbimdə ağlaqan yer var,

haray var.

“Merkuri”,

“Venera”,

“Mars”.

Bir də başına dolanan “Ay” var.

Ruhuma ev olan ürək –

Sim-sim qapılı saray,

Ağrı çəkən şaham,

Padşaham haray,

ay haray.

Xəzinəm var dopdolu

Mənimdi…

Sahibi mənəm…

Bu yerdə bəndə də tutar Allah yolu.

Tutiyəm var, tutiyəm,

Ürək qanı paylayan

Ehsan qaşığıyam mən.

Arzular qəlbimə yağan yağışdı,

Indi gələcəyin aşiqiyəm mən,

Indi xəyallarım naxış-naxış.

Gedən dəvələrə yol göstərirəm,

Mənə yol göstərən arzularımdı.