Qaçıram ki, çevrilim ulu nənəmə
Anam tozdu, torpağdı
Anam daşa donmuş,
Anam daş imiş,
Anam torpağ imiş.
Əzəldi anam-
Bu dünyanın əzəli
Bu dünya onun vucudu
Bu dünya məni bəsləmiş
anamın əlləri.
Anam torpaqdı…
Atam sudu…
Babamın oduna yanan mənəm,
Torpaq olub lap ulu nənəm.
İndi anamdı bir qarış torpaq
Nənəm daş olub köçdü dünyadan…
ana torpağa.
Çevrildi o da dağa, daşa.
Analar vucudundan yaranmış vətən,
Budur mən onun qucağındayam.
Nənəm əzizləyir bu övladını,
Yedirir, içirir…
Öz torpaq bədənində əzizləyir…
torpaq bədəni ilə-
Torpaq canı ilə məni gözləyir.
Mən ondan yaranıb ömür etsəm də
Hər gün yüyürəm onun üstünə…
hər gün qaçıram mən.
Qaçıram ki, çevrilim ulu nənəmə.