Yenidən yanaram
Söndü bu dünyanın ışığı söndü,
Döndü ağ üzü qaraya döndü.
Küsübdü məndən bir insan könlü,
Dindirsəm dinməzmi görəsən dili?
Əlimdən xəta çıxıb, xətakaram mən,
Onun simasında
Bəşər qarşısında günahkaram mən.
Günahıma cəzası varmı görəsən?
Çəkim cəzamı bir ömür boyu.
Mənə cəza nədi bəla diləsin,
Ömürlük canıma xəta diləsin.
Qəti susmasın dinsin, danışsın,
Qoy sözlə silləsin çəksin üzümə,
Qoy sözlə nifrətin bildirsin mənə.
Sözlə öldürsün, sözlə məni,
Sözlə kəfənləyib, basdırsın məni.
Bir «ol»-dan yaranmadımmı?
Bir «öl» olsun dilindən çıxan.
Təki dillənsin, təki danışsın,
Mən rahatlaram yalnız o zaman.
Vallah ki, ömürlük qulu olaram,
Məni bağışlasa o gözəl insan.
Dinləsə məni, danışsa Vallah
Nöbəti həyat dərsini alaram,
Dünyanı ışıqlandırmaq üçün,
Od olub yenidən yanaram.