← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

Şirin qan

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Şeirlər /

Şirin qan

Damarım içində şirin qan,

Qaralıb acılaşan,

Qaralıb savaşan,

Davakar qan.

Damarım içində mehriban ana,

Damarım içində inadkar ata,

Tərbiyə verirlər bir övlada.

Səcdə edirlər Qana,

Mənim damarıma,

Əsillərdən nəsillərə gedən yola,

Sağa

Sola.