← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

Öldür bəndəni

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Şeirlər /

Öldür bəndəni

Yer adlı ümmanın yosunuyam mən,

Mənim üstüm başım yamyaşıl aləm.

İnsana oxşarllığımı itirmişəm,

Yenə müəllimə pul gətirmişəm.

Gözlər görməyən dünyada, Allah,

Mənə niyə vermisən qabiliyəti sən?

Mən belə mənəm, mənə desəm də

Onu görüb, özümü itirərəm

Ayaqım altına düşüb inləsən də

Səni təpdayıb keçərəm, Allah.

Göz ver mənə də, ey ulu xuda.

Sənin gözlərinə bənzəsin bir az

Pul, paranı görən olmasın.

Pul görən kimi gözüm kor olsun.

Müəllimmə, həkimimə bənzətmə məni,

Yaşamaq istəyirəm azad, firavan

Görmək istəyirəm çölü, cəməni

Sənin bəxş etiyin gözəlikləri.

Sən, Allah, heç kimə bənzətmə məni

Rüşvətxor edincə öldür bəndəni.