QƏZƏL
Gəl bu dünyanı sanma sən fani,
Axtarma əgər-əskik, səhv, nöqsanı.
Xəyal eyləmə ki, adidi dünya,
Çox sadələşdirmə sirli ümmanı.
Dünya yaradılmış sirr sandığıdır,
Vardır «İncil»i, «Tövrat»ı, «Quran»ı.
Tut Allahın ətəyindən, ey insan,
Çünki Allahdı yaradan insanı.
Əgər ki, sərgərdan oldun dünyada,
Bir ki, dübarə verməz Tanrı canı.
Olmaz buyurur qəm, qüssəyə möhtac,
Yaşad qəlb evində daim imanı.
Bir az səbr et, ey canı-bimar,
Eşqlə doslaşarsan, Dağlı, dünyanı.