GÜVƏNDİYİM DAĞLAR
A güvəndiyim dağlar, niyə başın
dumanlıdı?
Göy üzünə çatan zirvən niyə belə ağardı?
Müdrüklüyün rəmzimi?
Böyüyklüyün tilsimi
Məni də məndən alarmı?
Tilsiminə salarmı?
Güvənc yerim, ümid yerim,
Dədəm, babam, atam, əmim
Məni zirvəsiz qoyarmı?
Mənim özüm dağlar,
Qibləm, sözüm dağlar,
Üşüyürəm
Üşüyürəm, mən bu bahar.
Sənə dəmi yağdı qar?
Cabir əmim doğru demiş:
«Sənə də qar yağdı, yağdı»
Sənin də başın ağardı,
Mənim qəlbim qaraldı.
Mənim qəlbim qırıldı,
Sənin başına qar dənələri
Mənim ürəyimə qan yığıldı.
Göy üzünə çatan zirvən bax beləcə
ağardı
Dünyam daha qaradı.