AY SƏNƏ QURBAN
Gəl verib əl-ələ gedək dünyadan,
Qoy qurbanın olsun bu can.
Sənlə addımladığım son addımım
Mənə bəy edər, ay sənə qurban.
Mən qaçıram ölümə sarı, sən sarıyırsan yaraları.
Mən ölümə gəl, gəl deyirəm, sən ölümə dərman göstərirsən?
Loğman arxasında gizlənmə, durma,
Yaralı qəlbimə gəl daha vurma.
Mənim gəncliyimə məhəl də qoyma,
Gedək dünyadan mənim dünyama.
Gəl verib əl-ələ gedək dünyadan,
Gedək cəhənnəmin isti bucağına.
Gedək biz də aşiqlər ocağına –
Gedək «Leyli Məcnun» dayanacağına.
Gedib dayanaq biz yerimizdə,
Dünyadan qaçaylar sırasında
Cəhənnəm odunda yanaq biz də,
Qır qazanına düşsün izimiz də.
Gəl, gəl ki, gedək dünyadan,
Gəl, qurban edim sənə can.
Sənlə əbədi olacağım məkan,
Mənə cənnət olar, ay sənə qurban.
***
Qədrim-qiymətim bilinməz mənim,
Qənim kəsilib mənə səmimiyyətim.
Uşağa da, böyüyə də vardır
hörmətim.
Yarama duz səpildi yenə,
Dərdim dərdimə təpindi beynimdə.
Dönüb qurğuşun oldu dərdlərim.
Axıb ürəyimə doldu dərdlərim.
Dedilər: «kinlisən», dinmədim mən,
Mənə qənimimdi axı həmdəm.