Qıymadım
İlk gündən, ilk andan qorxdum sənsiz qalmaqdan.
Elə ilk gündən də sənsiz oldum, sənsiz qaldım.
Qismətim sənsizlik oldu…
Sevgim lal-kar oldu, dünyam da sakitlik-səssizlik oldu.
Qulağım da sükutdan yoruldu.
Canım-vücudum da sevdalılar dünyasından qovuldu.
Məsgən saldım göylərdə-Allahın yanında-bəslədim səni öz ətimlə-qanımla saxladım səni öz ətində qanında-yaşatdım bu yazıq canımda.
Sən yaşadın şad və xürrəm.
Mən isə iki dünyanın arasında-bu dünyanın yarısında, o dünyanın yarısında biəlac sənə möhtac qaldım.
Səni sevib, hisslərimə inandım.
Aldandım…
Gün gəldi ki, səni kəşf etdim, təmizliyinə əvvəl gündən inandığım kimi idin.
Elə sən də mənim kimi mənə “mən səni sevmirəm” dedin.
Hər ikimiz mümkünsüzlüyü-mənasızlığı dərk etdik.
Güyaki, öz yolumuzla-düz yolumuzla getdik.
Mən sənə “yolun açıq olsun” dedim.
Sən mənə “xoşbəxt ol”.
Mənim xoşbətçiliyim sənin əlində, sənin bədbəxtçiliyin mənim əlimdə.
Mən sənə qıymadım, elə sən də…