← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

Bənövşə

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Mənsur şeirlər /

Bənövşə

Adəm sevincindən göz yaşı töktü, sən gəldin dünyaya gözəl, bənövşə.

Allahın əhvindən yaranan, çiçək, niyə belin belə bükük,  bənövşə?

Sən oldun dünyanın yaz ətirlisi, sən oldun  məhəbbət əfsanəsi.

Sən-sən dərdlilərin dərdindən xəbər, verirsən gözəlim, gülüm, bənövşə.

Səninlə kimisi bəzənir, gülüm.

Sənə bənzəmək istəyənlər də var.

Sən də bar verdiycə başın aşağı, əyən sadəlöv gözəlsən-gözəl, bənövşə.

Sənin ləcəklərin cənnət pərdəsi-belinin büküklüyü ibadətindi.

O gözəl gözünün qara giləsi sənin sevilmək səadətindi.

Sevincin adı ilə gəldin dünyaya, dərd bükdü belini bu dünyada.

Qaldın o gündən bu günə, bu gündən sabaha-zamanın gərdişlərinə sən baxa-baxa.

Vəsfinə min-min əhsən dedilər.

Sən uymadın.

Sənə “gözəlim” dedilər yenə uymadın.

Sən gözəli gözəllərə bənzətdilər sən dinmədin.

Hardandı səndə bu səbir, hardan de görüm?

De mən də o qara gözlərinlə həyatımı görüm.

Sənin kimi olmaq, sənə bənzəmək, ay gözəl çiçək, arzumdu Vallah.

Ümüdüm qalmayib bil  ki, sabaha gəl indi de sirrini. Qıraq bədbinliyin tilsimini.

Daha bədbin olmayaq, gülüm bənövşə.